Prezident İlham Əliyev: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk

Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 qiqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran döclətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.