https://news.day.az/azerinews/1831928.html Zukerberq “Meta”dakı kütləvi ixtisarların səbəbinə aydınlıq gətirib "Meta"nın rəhbəri, amerikalı milyarder Mark Zukerberq şirkətdə aparılan kütləvi ixtisarların səbəbinə aydınlıq gədirib. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Zukerberq etiraf edib ki, şirkəti kapitalın yönləndirilməsində hesablayıcı güclərə fokuslanır. O, yeni ixtisarların aparılacağını istisna etməyib.  

Zukerberq “Meta”dakı kütləvi ixtisarların səbəbinə aydınlıq gətirib

Azərbaycanca, 2 мая 2026 18:20 (UTC +04:00) 332
Zukerberq “Meta”dakı kütləvi ixtisarların səbəbinə aydınlıq gətirib

"Meta"nın rəhbəri, amerikalı milyarder Mark Zukerberq şirkətdə aparılan kütləvi ixtisarların səbəbinə aydınlıq gədirib.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Zukerberq etiraf edib ki, şirkəti kapitalın yönləndirilməsində hesablayıcı güclərə fokuslanır. O, yeni ixtisarların aparılacağını istisna etməyib.

 

"Meta" rəhbəri əməkdaşlara bildirib ki, şirkətin iki əsas xərc istiqaməti var: süni intellekt infrastrukturu və insan resursları. Hesablamalara nə qədər çox vəsait ayrılırsa, insanlar üçün bir o qədər az vəsait qalır.

İxtisarlara artıq bu aydan başlanacaq və bütün personalın təxminən 10 faizini əhatə edəcək. Zukerberq bunun son ixtisar dalğası olacağına zəmanət verməyib: onun sözlərinə görə, süni intellektin inkişafı və hesablama gücünə tələbat çox sürətlə dəyişir.

Qeyd edək ki, bu yaxınlarda süni intellekt xərclərinin kəskin artımı fonunda "Meta"dan 8 minə yaxın əməkdaşın ixtisar olunacağı ilə bağlı məlumat yayılmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости