Toydan çıxdı, iki qardaşı bıçaqladı, biri öldü

Day.Az представляет новость на азербайджанском языке

----------
10:18

Kəpəz TV (Region TV) xəbər verir ki, şahidlərin sözlərinə görə, hadisəni törədən Sabit Əliyev sərxoş olub. O, hadisədən öncə toy məclisində iştirak edib.

------------------
17.06.2016
01:08

Şəmkirdə iki qardaş bıçaqlanıb, biri dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Kür qəsəbə sakinləri arasında baş verən dava zamanı  Mahir və Zaur Abbasov qardaşları bıçaqlanıb.

Onlardan Mahir Abbasov xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib,  1982-ci il təvəllüdlü Zaur  Abbasov isə qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən Z. Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir.

İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə yerindən qaçan S. Əliyevin saxlanılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Day.Az представляет новость на азербайджанском языке