Rafael Dadaşov qızının müdafiəsinə qalxdı:

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Səidə Dadaşova ilə bəstəkar-müğənni Murad Arif arasında qalmaqal yaşanır.

Day.Az teleqraf.com-a istinadən xəbər verir ki, Səidə Dadaşova "ATV maqazin onlarla" verilişində Murad Arifin ünvanına təhqiramiz sözlər işlədib: "O, özü üçün sıradan bir mahnı oxuyur. Səidə Dadaşova oxuyanda Murad Arif stolun altından konfet götürürdü. Dondurmasını yesə, daha yaxşı olar. Hamı bilir ki, bizim sülaləmiz sənətkarlardan ibarətdir".
 
Xalq artisti Rafael Dadaşov da qızı Səidə Dadaşovanın müdafiəsinə qalxıb: "Heç vaxt sənətkar övladı haqqında mənfi rəy yaratmayın! Xüsusilə, əgər o, sənətini layiqincə davam edirsə. Səidə sənətdə özünü sübut edən bir sənətkardır. Sən bir şey yaratmırsansa, kiminsə haqqında danışmağa haqqın yoxdur".
 
Murad Arif bir müddət əvvəl Səidə haqqında bu sözləri deyib: "Oxuyansansa, yaxşı oxu! Bacarmırsansa, biz aparıcılar oxuyaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.