"Neftçi" "Şalke" ilə oynadı

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ölkə xaricində ilk yoxlama matçına çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Avropanın tanınmış klublarından olan "Şalke" ilə üz-üzə gəlib.

Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum" stadionunda keçirilən qarşılaşma almanların minimal hesablı qələbəsi ilə başa çatıb.
 
İlk hissdə Tekbete fərqlənib. Güclü yağış səbəbindən olduqca yararsız meydançada keçirilən oyunda başqa qol olmayıb. "Neftçi" (Azərbaycan) - "Şalke" (Almaniya) - 0:1