Bakıda böyük tıxac - 1 saata yaxındır hərəkət tam dayanıb

Day.Az представляет новость на азербайджанском языке

Zabrat qəsəbəsindən paytaxta girişdə böyük tıxac yaranıb.

Day.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya tıxacda qalan sərnişinlər məlumat verib. Xəbərdə bildirilir ki, təxminən 1 saata yaxındır yolda hərəkət tam dayanıb. Sabunçu dairəsindən başlayan tıxacın uzunluğu Zabrata qədər davam edir. 

Həmçinin Dərnəgül yolu, Sumqayıt yolu və "Qara Qarayev" metro stansiyasının ətrafında da hərəkətin dayandığı, böyük tıxacın yarandığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.