Azfar uşaq və gənclər məktəbinin “Açıq qapılar” günü

Day.Az представляет новость на азербайджанском языке

Bu həftədən başlayaraq və yanvar ayının sonuna qədər hər bazar günü AZFAR uşaq və gənclər futbol məktəbi "Açıq qapılar" günləri keçirəcək. Futbol məktəbinin qapıları qonaqlar üçün açıq olacaq - həm gənc futbolçularımız, həm də onların valideynləri üçün.

Açıq qapılar günü çərçivəsində sizi məşqlər, yarışmalar və əyləncə dolu anlar gözləyir.

Seçimlərə qatılmaq üçün gənc futbolçuya yalnız: istək və idman geyimi lazımdır. Qeyd edək ki, tədbir üstü qapalı meydançada keçiriləcəkdir.

Açıq qapılar günü saat 11:00-da başlayacaqdır və saat 15:00-a qədər davam edəcək.

"Bakı Şəhər Baş Polis İdarəsinin" arxasında yerləşən, Azfar uşaq və gənclər məktəbinin "Açıq qapılar" gününə gəlmək üçün, təşkilatçılar tərəfindən təşkil olunan ödənizşsiz avtobuslardan istifadə etmək mümkün olacaqdır. Avtobuslar "28 may" və "Xətai" metro stansiyalarından saat 10:45-də yola düşəcəklər (dəqiq gediş nöqtəsi xəritədə qeyd olunub).

Əlaqə üçün: : +99412404-73-39, +99450-295-21-29 www.asep.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.