Fərhad Abdullayev: "Azərbaycanda seçki prosesi getdikcə daha da müasirləşir"

15 февраля 2018 12:34

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda seçki prosesi getdikcə daha da müasirləşir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

F.Abdullayev bildirib ki, bu gün dünyada çox mürəkkəb proseslər baş verir və bu proseslər əlbəttə ki, seçkiyə də sirayət edir:

"Bu gün Azərbaycanda biz hər birimiz Azərbaycan vətəndaşı kimi bilirik ki, uzun illər bu proses stabillik şəraitində uğurla keçirilir. Hesab edirəm ki, qarşıdan gələn seçkilər də stabillik şəraitində şəffaflıqla və uğurla reallaşacaq".

Məhkəmə sədri vurğulayıb ki, Azərbaycanda seçicilərin öz hüquqlarından istifadə etməsi üçün tam şərait yaradılıb:

"Müqayisə aparsaq görərik ki, bu gün dünyada seçicilərin hüququndan istifadə etməsi ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib, bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən, azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!