"Ən böyük qazancımız budur" - FOTO

Əməkdar artist Abbas Bağırov sosial media hesabında paylaşım edib.
Day.Az axşam.az-a istinadən bildirir ki, ifaçı yeni fotolarını yayımlayaraq bunları yazıb:
"Bu dünyaya bir dəfə gəlirik. Atdığımız hər addım həyatımıza fərqli izlər qoyur. Səhvlərimizdən öyrənmək və onlardan doğru nəticələr çıxarmaq bizim ən böyük qazancımızdır. Bizi güclü edən nədir? Dürüstlüyümüz, səmimiyyətimiz və böyüklərimizin bizə öyrətdiyi doğru dəyərləri qorumaq və onları bizdən sonrakı nəsillərə ötürməkdir. Unutmayaq ki, nə ediriksə, nəticələrini özümüz yaşayırıq - istər yaxşı, istər pis. Elə isə çalışaq, hər şey həmişə yaxşı olsun! Doğruluq, səmimiyyət və sevgi ilə həyatımızı gözəlləşdirək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре