Aktrisa Dilarə Əliyeva: "О 100 manatı almaq üçün çox oyunlar qururam"

Day.Az представляет новость на азербайджанском языке:
Aktrisa Dilarə Əliyeva rol aldığı "100 kağız" filminin qala gecəsinə qatılıb. "Qafqazinfo"nun əməkdaşı ilə söhbətində aktrisa filmdə canlandırdığı cadugar obrazından danışıb:
"Falçı, cadugar, yalançı bir qadın obrazını canlandırıram. Filmdə söhbət 100 manatdan gedir, əskinaz cürbəcür insanların əlinə keçir. Yanıma gələn insandan o 100 manatı almaq üçün çox oyunlar qururam. Film satira vasitəsilə insanlara mesaj ötürür. Hər kəs bu ekran işi vasitəsilə öz mesajını alacaq. Mən isə falçı obrazı vasitəsilə falçılara inanan şəxslərə aldanmamaqları barədə mesaj göndərirəm".
Dilarə Əliyeva "Falçı yanında olmusunuz?" sualını da cavalandırıb:
"Heç vaxt fala baxdırmamışam, falçı yanına getməmişəm. Bunu etmiş olsaydım, deyərdim ki, cahil vaxtlarında falçıya üz tutmuşam. Ömrümdə bir dəfə 17 yaşımda qulaq falına çıxmışam".
Aktrisa yeni çəkilən komediya filmlərindən də söhbət açıb:
""Xoxan"ı, "Ay brilliant"ı izləmişəm. "Xoxan"da çox güldüm, "Ay brilliant"da da güldüyüm məqamlar oldu. Yeni çəkilən filmləri bəyənmədiyimi deyə bilmərəm. Hamımız bu camiyanın içindəyik. Əgər aktyorun, rejissorun işini bəyənməsəm, deyərdim. Filmlərin çəkilmə vəziyyətini, büdcəsini bilirəm. Bütün bu işlər relsə düşəndən sonra kimisə qınamaq olar. Çatışmazlıq bütün filmlərdə var. Filmlərimiz yeni-yeni çəkilməyə başlayır. Tənqidi kənara qoyub, tərifə layiq olan məqamları göstərsək, bu sahə inkişaf edər".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре