https://news.day.az/society/605493.html
Ukrayna Azərbaycan artistlərini “qara siyahı”ya salacaq
Day.Az представляет новость на азербайджанском языке:
Kiyev Krımda keçirilməsi planlaşdırılan "Koktebel Jazz Party" festivalında çıxış edəcək əcnəbi mədəniyyət xadimlərini "qara siyahı"ya salacağı ilə hədələyib.
Ukrayna Azərbaycan artistlərini “qara siyahı”ya salacaq

Kiyev Krımda keçirilməsi planlaşdırılan "Koktebel Jazz Party" festivalında çıxış edəcək əcnəbi mədəniyyət xadimlərini "qara siyahı"ya salacağı ilə hədələyib.
"Qafqazinfo" report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir.
"Əcnəbi mədəniyyət xadimlərinin bu tədbirə gəlməsi onların Ukrayna ərazisinə girişinə birbaşa qadağa qoyulması ilə nəticələnəcək", - deyə Ukraynanın mədəniyyət naziri Vyaçeslav Kirilenko bildirib.
Musiqi festivalının potensial iştirakçıları arasında Azərbaycan, Braziliya, İsrail, Böyük Britaniya, Gürcüstan və digər dövlətlərin artistləri var. Rusiyalı iştirakçılar sırasında da İqor Butman, Larisa Dolina, Enver İzmaylov və başqalarının adı qeyd olunur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре