Elton Quliyev torpağa tapşırıldı

Day.Az представляет новость на азербайджанском языке.

---------
15:32

Xəbər verdiyimiz kimi, bu gün ölkəmizin tanınmış hüquqşünası, vəkil Elton Quliyev 60 yaşında uzun sürən ağır xəstəlikdən vəfat edib.

Mərhumla vidalaşma mərasimi Təzəpir məscidində keçirilib. Elton Quliyevin çoxsaylı dostları, ölkənin tanınmış ictimai-siyasi xadimləri onun hüzr mərasimində iştirak ediblər, daha sonra mərhumu son mənzilə yola salıblar.

musavat.com bildirir ki, dəfn qafiləsi E.Quliyevin torpağa tapşırılacağı Yasamal məzarlığına yola düşüb. Mərhum vəkil burada, ailə məzarlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

----------
09:20

Azərbaycanın tanınmış vəkili Elton Quliyev vəfat etdi.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

E.Quliyev 1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olub, 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülüb. 1977-1991-ci illərdə Bakı Şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləyib.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Allah rəhmət eləsin!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.