"Aztelekom"da "təmizlik" - bir neçə işçi qovuldu

Day.Az представляет новость на азербайджанском языке

"Aztelekom" MMC-nin  rəhbərliyində kadr dəyişikliyi baş verib.

APA-nın əldə etdiyi məlumata görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və "Aztelekom" MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.

"Aztelekom" MMC-dən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, "Aztelekom" MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.