Azərbaycan Ukraynadan təyyarə alacaq

Day.Az представляет новость на азербайджанском языке

Ukrayna öz istehsalı olan təyyarələrin Səudiyyə Ərəbistanına təchizatıyla bağlı qarşı tərəflə müqavilə imzalayıb. Bundan əlavə, Azərbaycana da təyyarə tədarükü nəzərdə tutulur.

Day.Az azvision.az-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko "Antonov" dövlət müəssisəsinin 70 illik yubileyi münasibətilə keçirilən mərasimdə deyib.

Prezident qeyd edib ki, Ukraynanın Azərbaycanla hökumətlərarası danışıqları nəticəsində Azərbaycanın Ukraynadan "Antonov" təyyarələri alacağına dair razılıq əldə olunub.

Ukrayna prezidenti, həmçinin uzun illər ərzində ilk dəfə ölkəsinin Müdafiə Nazirliyinin "Antonov"a yeni təyyarələr sifariş etdiyini açıqlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.