“Qarabağ” qrupda ilk qələbəsini qazandı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, "Qarabağ" öz meydanında PAOK-u qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

Bununla da "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda "Fiorentina" "Slovan"a 3:1 hesabı ilə məğlub edib.

Avropa Liqası

20 oktyabr

III tur

21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) - 2:0

Qollar: Dani Kintana, 56, Rahid Əmirquliyev, 87

Hakimlər: Alon Yefet, Danni Krasikov, Nissan Davidi, Rua Reinşreyber, Ziv Adler, Kiril Balikin  (hamısı İsrail)

Hakim-inspektor: İqor İşenko (Ukrayna)

UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:00. "Slovan" (Çexiya) - "Fiorentina" (İtaliya) - 1:3

Qollar: Kaliniç, 8 (0:1), 23 (0:2), Şevçik, 66 (1:2), Babakar, 70 (1:3)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.