"Əl Babda əməliyyatlar başa çatıb" - Hulusi Akar

16 февраля 2017 12:05

Day.Az представляет новость на азербайджанском языке

"Əl-Babda əməliyyatlar artıq başa çatıb".

Day.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən "Fırat kalkanı" əməliyyatından danışarkən bildirib.
"Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır", - deyə, o, vurğulayıb.

Qərargah rəisinin sözlərinə görə, İŞİD-in özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı" əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.