Düyü pəhrizinin FAYDALARI

Day.Az представляет новость на азербайджанском языке

Düyü pəhrizi Dyuk Universitetinin həkimi Uolter Kempner tərəfindən 1934-cü ildə tərtib olunub. O vaxtlar bu pəhriz ürək-damar xəstəliyi və şəkər kimi sağlamlıq problemləri olan insanlara təklif olunurdu. 1939-cu ildə aparılan araşdırmalar nəticəsində məlum oldu ki, düyü pəhrizi köklük, şəkər, ürək xəstəliyi, hipertoniya və böyrək xəstəliyindən əziyyət çəkən insanlara olduqca müsbət təsir edir. Onların səhhətində hətta irəliləyişlər müşahidə olundu.

Publika.az-ın sağlamlıq bölməsi düyü pəhrizinin reseptini və faydalarını təqdim edir:

Digər dənli bitkilərdən fərqli olaraq düyünün tərkibində allergik reaksiya verən qlüten, həmçinin şişkinlik əmələ gətirən natrium duzu yoxdur. Düyüdə orqanizmə lazım olan amin turşuları, mikroelementlәr vә minerallar var. Bundan әlavә, pәhriz bitәndәn sonra onun nәticәlәri qalıcı olur.

Pәhrizin әsas şәrti əlbəttə ki, düyünün әsas yemәk olmasıdır. Pәhrizin müddәtinә vә istәdiyiniz nәticәlәrә baxaraq düyünün yanına bəzi az kalorili әrzaqlar әlavә etmәyə icazә verilir: tәrәvәz, meyvә, yağsız balıq vә әt ola bilər.

Bu pəhrizin digər mühüm şәrtlәrindәn biri də mәhz qәhvәyi düyüdən istifadə etməkdir. Qəhvəyi düyü tәmizlәnmәmiş olduğu üçün onun üst qatında olan bütün faydalı maddәlәri, mikroelementlәri vә aminturşuları qorunur.

2005-ci ildə isə Kitti və Robert Rosati tərəfindən "Düyü pəhrizi" adlı kitab nəşr olunub. Bu kitabda düyü pəhriz ilə sağlam şəkildə ayda 9-10 kq. çəki itirməyin mümkün olduğu bildirilir.

Düyü pəhrizinin faydaları

Uzun illərlə aparılan araşdırmalarda məlum olub ki, düyü pəhrizi dərman və müalicələrin sağaltmadığı sədəf xəstəliyini yaxşılaşdırır.

Düyü böyrək daşı əmələ gəlməsinin də qarşısını alır. Son zamanlarda Yaponiyada aparılan araşdırmalarda gündə iki dəfə düyü kəpəyi yeməyin böyrək daşları əmələ gəlməsinə mane olduğu sübut olunub.

Düyünün tərkibindəki maddələr bədənin xərçəngə yaxalanma riskini azaldır.

Düyü pəhrizi 1-ci həftə

İlk həftənin ilk günündə hər dəfədə 2 kiçik kasa düyü və 2 ədəd meyvə yemək məsləhət görülür. 6 gün ərzində 1 kasa düyü, 1 alma və 1 stəkan yağsız süd, günorta və axşam yeməyinə isə 2 kasa düyü, 3 ədəd tərəvəz və 1 ədəd meyvə daxildir.

Düyü pəhrizi 2-ci həftə

İkinci həftənin ilk günündə yenə düyü ilə qidalanmaq lazımdır. Hər dəfədə 2 kasa düyü və 2 ədəd meyvə yeməlisiniz. 5 gün naharda 1 kasa düyü, 1 alma və 1 stəkan yağsız süd, günorta və axşam yeməklərində isə 2 kasa düyü, 2-ci həftənin son günündə isə səhər yeməyində 2 kasa az yağlı plov, 1 alma, günorta yeməyində 3 kasa düyü, 1 meyvə, şam yeməyində isə 3 kasa düyü, qatıq, 3 ədəd tərəvəz və 1 meyvə yeyə bilərsiniz.

Düyü pəhrizi 3-cü həftə

3-cü həftə, ümumiyyətlə, 2-ci həftəylə eynidir. Ancaq bu dövrdə gündəlik olaraq aldığınız kalori 1200-ü keçməməlidir.

Lakin unutmaq lazım deyil ki, pəhrizin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Misal üçün, həzmdə problem yarana bilər. Çünki düyü orqanizmdә mayeni saxlayan, natrium duzunu xaric etmək qabiliyyətinə malikdir. Buna görə, düyü pəhrizi zamanı bol miqdarda su, yaşıl çay və alma şirəsi qəbul etmək vacibdir.

Düyü pəhrizi saxlayarkən mütəmadi olaraq məşq etmək də təklif edilir. Həmçinin ağır pəhriz olduğuna görə, kalsium və D vitamini qəbul etmək tövsiyə edilir. Düyü pəhrizini saxlayarkən səhhətinizdə problemlərin yaşanmaması üçün əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.