Qanalma nöqtələri və çirkli qanın orqanizmdən təmizlənmə proseduru
Day.Az представляет новость на азербайджанском языке
Dəri altındakı durğun qanın və toxumalar arasında toplanıb qalmış maddələrin sorma üsulu ilə xaric olunması rahat qan dövranının bərpa edilməsi həcəmət adlanır. Bəzən hicama da adlandırılan bu üsul el arasında "qan almaq" kimi başa düşülür. Həmin prosedur immun sisteminin işini əngəlləyən zəhərli və keyfiyyətini itirmiş qanın orqanizmdən çıxarılması məqsədilə aparılır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bol günəş işığı və radiasiya aktivliyi qanın qatılığını çoxaldır, dəri xərçəngi riskini artırır. Qanalma proseduru ağrısız, yataq vəziyyəti almadan və vaxt itirmədən tətbiq edilir və prosedur nəticəsində ağır metallar, toksinlər, sərbəst radikallar, istifadə olunan dərmanlardan qalan mübadilə məhsulları, süni rəngləyici kimyəvi maddələr, məhsulların vaxtını uzatmaq üçün istifadə edilən stablizatorlar orqanizmdən xaric olur. Vaxtilə ən çox istifadə edilən müalicə növü olan qanalmanın çoxlu faydaları var. Orqanizmdə qan durğunluğuna səbəb olan çirklənmiş qanın yerinə yeni, oksigenlə zəngin, təmiz və duru qan gəlməsi həmin nahiyələrin özünü bərpa etməsini gücləndirir. Dəri gözəlləşir və qan təzyiqini tam normada saxlayır. Heç vaxt infarkt və insult keçirmək təhlükəsi yaranmır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре