DəmirBank filialları ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub

11 fevral 2015-ci il tarixində, axşam saat 23:00 radələrində DəmirBank-ın Şövkət Məmmədova küçəsi, 10 ünvanında yerləşən "Binəqədi" filialına qanunsuz daxilolma cəhdi olub. Oğru binaya daxil olmaq istədikdə mühafizə xidmətinin siqnalizasiyası işə düşüb və Binəqədi rayonu Mühafizə İdarəsinin polis əməkdaşları dərhal hadisə yerinə gələrək oğurluq cəhdi edən şəxsi yaxalayıblar. Hadisə zamanı Banka məxsus heç bir əmlaka əhəmiyyətli zərər vurulmamış və oğurlanmamışdır.

DəmirBank Daxili İşlər Nazirliyinin Baş mühafizə İdarəsinə Bankın əmlakının etibarlı qorunmasını təmin etdiklərinə görə böyük minnətdarlığını bildirir.

DəmirBank bəyan edir ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Bankın bütün filialları ən müasir siqnalizasiya sistemi ilə təchiz olunub və onların fasiləsiz mühafizəsi təmin olunur.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az