İsmayıllıda 3 avtomobil toqquşdu

Day.Az представляет новость на азербайджанском языке.

İsmayıllı rayonunda 3 minik avtomobili toqquşub. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə zamanı Heydər Əliyev prospekti ilə "Mersedes" markalı avtomobillə hərəkət edən Paşayev Vüqar Paşa oğlu ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən qəza törədib.

Nəticə qarşı zolaqdan gələn "Nissan" və "VAZ-2107" markalı avtomobillərini vurub. Nəticədə iki sürücü yüngül xəsarət alıb.
Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.