Bayrama haram qatanlar cərimələndilər

Day.Az представляет новость на азербайджанском языке.
Qurban bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) respublikanın ayrı-ayrı kəsim yerlərində keçirdiyi reydlər zamanı 20 qanun pozuntusu aşkarlanıb.
DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq aidiyyəti şəxslər cərimə edilib və onlar haqda protokol tərtib olunub.
Y.Xanvəlinin sözlərinə görə, qanun pozuntuları daha çox baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvanların satılması ilə bağlıdır: "Sənədsiz heyvan satışı ilə bağlı 2 fakt qeydə alınıb. Sənədsiz satılan heyvanlar müvəqqəti olaraq nəzarətə götürülüb. Respublika baytarlıq laboratoriyasında müayinə üçün onlardan qan nümunələri götürülüb. Əgər heyvanlar sağlam olsa, onların satışına icazə veriləcək, yox sağlam olmasa, satışına icazə verilməyəcək".
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə https://www.facebook.com/azdayaz izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре