Türkiyədə nazirin ermənilərlə bağlı sözləri əks-səda yaratdı Day.Az представляет новость на азербайджанском языке:

Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri, Xalqların Demokratik Partiyasının (HDP) üzvü Əli Heydər Qonca türkləri qəzəbləndirəcək sözlər deyib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, o, vəzifəsini icra etdiyi ilk gündə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Suallardan biri isə əsl qalmaqala səbəb olub.

Belə ki, jurnalistlərdən biri nazirə qondarma erməni soyqırımı haqqında sual verib. O, "qondarma erməni sıyqırımı mövzusu Avropa İttifaqının toplantısında gündəmə gələrsə, buna necə reaksiya verəcəksiniz?" soruşub.

Əli Heydər Qonca da cavabında erməni soyqırımının olduğunu və bunu heç kəsin inkar etmədiyini deyib. "Bir qətliamın törədildiyi çox açıq və konkretdir. Bunu hər kəs qəbul edir. Ümumiyyətlə, qəbul etməyən də yoxdur. Əsas məsələ onun tanınmasıdır", - deyə nazir bildirib.