Avtomobilləri və nömrələri təmiz saxlamayan sürücülərlə bağlı YOL POLİSİNDƏN müraciət

Day.Az представляет новость на азербайджанском языке

Son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir:

"Yol polisi belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.