Nənələr haqlı imiş… toyuq şorbası və bağayarpağının faydaları

Day.Az представляет новость на азербайджанском языке

Qədimdən nənələrin tətbiq etdiyi bir sıra xalq reseptləri müasir təbabətdə çox vaxt qəbul olunmur, dərmanla müalicəyə üstünlük verilir və həkimlər bu metodların əsassız olduğunu bildirirdi. 

Day.Az Medicina.az-a istinadən xəbər verir , artıq ayrı-ayrı universitetlər nənələrin sağlamlıq reseptlərini təcrübələrlə araşdırmağa başlayıblar.

Soyuqdəymədə toyuq bulyonu

Nebraska Tibbi Mərkəzinin ekspertləri soyuqdəymədə xəstəyə isti toyuq bulyonunun necə təsir etdiyini araşdırıblar. Məlum olub ki, bulyon içdikdən sonra neytrofillərin hərəkəti zəifləyir. Neytrofillər ağ qan zərrələridir, onlar immunitetin soyuqdəyməyə cavabı olaraq selikli qişada qızartı, şişkinlik, qıcıqlanma yaradır. 

Bundan əlavə bulyonda karnozin-dipeptid var ki, o da immunomodulyasiya effektinə malikdir, sistein amin turşusu isə seliyi yumşaldlr, öskürəyi yüngülləşdirir. 

Beləliklə, qrip olanda toyuq şorbası içməyə davam edə bilərsiz.

Bağayaryağı yara-xoranı sağaldır

Çox qəsəbə, kənd, dağ yerlərində adi kəsik, çapıq və yaraya tez sağalması üçün bağayarpağı isladıb qoyurlar. 

Rusiyalı alimlər dovşanlar üzərində apardıqları təcrübədə bu üsulun efektivliyini təsdiqlədilər. Bağayarpağının yarpaqlarında yara yığan, təmizləyən maddələr var. Polisaxaridlərlə vitaminlərin, fermentlərin birlikdə təsiri dəri və toxumanın bərpasını tezləşdirir, benzoy və salisil isə antiseptik təsir edir. 

Meksikan alimləri isə bağayarpağının antimikrov və antigöbələk təsirini sübut ediblər. 

Bağayarpağı mədə xoralarının, eroziyanın sağalması üçün də istifadə olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.