"ŞAH" ABŞ-da superturnirlərə başlayır - Turnirdə dünya çempionu Karlsen də var

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində şahmat üzrə Sinkfild superturniri start götürür.

Milli.Az oxu.az-a istinadən bildirir ki, turnirdə dünya çempionu Maqnus Karlsen, taca iddiaçı Fabiano Karuana, rusiyalı Vladimir Kramnik, emrəni Levon Aronyan və həmçinin azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov iştirak edirlər.

Turnir iştirakçılarının orta reytinqi 2787 bal təşkil edir.

Birinci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Uesli Soya qarşı oynayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz