Azərbaycan neft hasilatını azaldacaq - OPEK+ sazişi çərçivəsində

Azərbaycan 2019-cu ilin yanvarından OPEK+ sazişi çərçivəsində neft hasilatını 20 min barel azaldacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu ilin sentyabrında Azərbaycanda sutkalıq neft hasilatı 796 min barel olub. 2019-cu ildən isə ölkə sutkada 776 min barel neft hasil etmək öhdəliyini götürüb.