Azərbaycanda Milli Kinofestival təsis edildi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni - Milli Kinofestival təsis edib.

Day.Az xəbər verir ki, İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Oxu.Az-a bildirib ki, "Qızıl Pillə" adlanan Milli Kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

Qurum sözçüsü bildirib ki, iki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.