Kübranı sevgilisi taksidə döydü, sonra... - Evlilik istədiyi üçün

İzmirdə 46 yaşlı Mustafa Ölməz adlı şəxs ondan ayrılmaq istəyən 26 yaşlı sevgilisi Kübranı taksidə döydükdən sonra tapança ilə ayağından vurub.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, yaralı gənc qadın dərhal xəstəxanaya çatdırılıb. Əli qana batan sevgilisi isə polislər tərəfindən saxlanılıb.

Qeyd edilir ki, Kübra sevgilisi Mustafa Ölməzə onunla evlənməyəcəksə ayrılacağını bildirdiyi üçün ölümcül hala salınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.