Sarıköklə yaraları müalicə etmək üsulu tapıld
Sarıkök ekstraktından yaranı sağaldan köpük hazırlandı. Normalda sarıkök yeməklərdə istifadə edilən bir ədviyyat olsa da, sağlamlıq baxımından faydaları araşdırılır.
Day.Az modern.az-a istinadən bildirir ki, elm insanları sarıkökdən əldə edilən kürkümin maddəsini istifadə edərək, yaraları minimum iz buraxaraq yaxşılaşdıran məsaməli bir köpük hazırladı.
İsveçrə Empa Araşdırma İnstitutu qrupu tərəfindən inkişaf etdirilən "Scaravoid" adlı köpük, təməl olaraq üç ölçülü skeletə sahib bir polimer quruluşundan meydana gəlir. Bu materialdan incə bir parça kəsilərək yaraya yerləşdirilir, künclərdəki hüceyrələr təbii olaraq bölgəyə köç edərək, törəyir və gedərək polimerin yerini alaraq təbii bioloji bir toxuma meydana gətirir.
Bundan əlavə, polimer kürkümin ehtiva etdiyindən, yara izi meydana gəlməsini azaldır. Elm insanları laboratoriya mühitində hüceyrələrə kürkümin əlavə etdiyində, yara izi ilə əlaqəli işarətlərin istehsalının əhəmiyyətli nisbətdə azaldığı müşahidə edildi.
Xüsusilə diyabetik xoralar, yanıqlar və kəsiklər kimi yaxşılaşması uzun müddət alan yaralarda faydalı olması planlanır. Klinik sınaqların yaxında başlaması planlanır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре