"Dado mənim həyatımın təkrarını yaşayır"

Reper Elşad Xose həmkarı Dado ilə (Səid Əliyev) bağlı açıqlama verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, Xose bu haqda "Onun sirri" proqramında danışıb. O bildirib ki, Dado ilə yaxın dostdular. O, reperin şəxsi həyatına da toxunub:

"Dado əvvəl Hüseyn Dərya ilə yaxın idi. Sonra mənimlə dostlaşması birmənalı qarşılanmadı. Amma biz doğrudan dostuq. Bir də Dadonun da həyatı maraqlıdır. Onun da həyatında mənim həyatıma oxşar məqamlar var. Onu plagiatlığa görə məhkəməyə verə bilərəm (gülür). Mənim həyatımı yaşayır".

Qeyd edək ki, Dado müğənni Natavan Həbibi ilə ailəlidir. Xose isə bir vaxtlar Natavanla yaxın rəfiqə olan rəqqasə Oksana Rəsulova ilə ailəli olub.