“Barselona”nın prezidenti COP29 pavilyonlarını ziyarət edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan "Barselona" klubunun prezidenti Xuan Laporta noyabrın 16-da müxtəlif ölkələrin pavilyonlarını ziyarət edib.

 

Day.Az xəbər verir ki, Xuan Laporta Azərbaycan pavilyonunda olub və digər ölkələrin stendləri ilə də tanış olub.