https://news.day.az/azerinews/1801415.html Azərbaycan və Özbəkistan arasında hərbi-texniki sahədə əlaqələrın möhkəmləndirilməsi müzakirə edilib Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb. Bu barədə Day.Az-а Təhlükəsizlik Şurasından məlumat verilib.

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki sahədə əlaqələrın möhkəmləndirilməsi müzakirə edilib

Azərbaycanca, 10 декабря 2025 18:11 (UTC +04:00) 674
Azərbaycan və Özbəkistan arasında hərbi-texniki sahədə əlaqələrın möhkəmləndirilməsi müzakirə edilib

Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

Bu barədə Day.Az-а Təhlükəsizlik Şurasından məlumat verilib.

Bildirilib ki, dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin vacibliyi, dövlətlərimizin başçıları Prezident İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha da möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости