Birimiz hamımız üçün peyvənd olunaq

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinasiyanın əhəmiyyətindən bəhs edən təbliğat kampaniyası davam etdirilir.

Day.Az Trend-ə istinadən bildirir ki, "Birimiz hamımız üçün peyvənd olunaq" şüarı altında həyata keçirilən təbliğat kampaniyası çərçivəsində normal həyata qayıtmağımız üçün vaksinasiyaya çağırış edilib.

Qeyd edək ki, daha əvvəl isə "Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq" şüarı altında təbliğat kampaniyası aparılmışdı.