https://news.day.az/azerinews/1493924.html
Yoluxanların sayı açıqlandı
Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Day.Az-а verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5-i vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, 9 843 nəfər vəfat edib, aktiv xəstə sayı 3 027 nəfərdir.
Ölkədə son sutka ərzində 3 772, hazırkı dövrədək isə 7 184 639 test aparılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре