Adıyamanda yerləşən çadır şəhərciyində yanğın baş verib

Türkiyənin Adıyaman şəhərində zəlzələ qurbanlarının yerləşdiyi çadır şəhərciyində yanğın baş verib.

Day.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, yanğın zamanı şəhərdəki sağlamlıq mərkəzi, körpələr evi və köhnə yeməkxana yanıb.

Məlumat üçün qeyd edək ki, Adıyamanın Kayalık məhəlləsindəki çadır şəhərciyindəki yanğın naməlum səbəbdən baş verib.

Ölən və yaralananların olmadığı yanğınla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.