https://news.day.az/azerinews/1612480.html
Dəhşətli qəzaya düşənlərin FOTOLARI - Bu şirkətin işçiləri imişlər
Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Daşaltı kəndi ərazisində aşaraq yanan "Nissan Navara" markalı avtomobildə olan şəxslər "Mikro Tunel Tikinti" MMC-nin əməkdaşları olub.
Dəhşətli qəzaya düşənlərin FOTOLARI - Bu şirkətin işçiləri imişlər
Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Daşaltı kəndi ərazisində aşaraq yanan "Nissan Navara" markalı avtomobildə olan şəxslər "Mikro Tunel Tikinti" MMC-nin əməkdaşları olub. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре