Şəhərin mərkəzində olan bina təhlükədə

Paytaxtın Nəsimi rayonunda 2 mərtəbəli binada yaşayan bina sakinləri problemlə bağlı "Xəzər Xəbər"ə müraciət ediblər.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyir ki, binada vəziyyət uzun illərdir pis vəziyyətdədir.

Onların sözünə görə, mənzillərini öz hesablarına təmir etsələr də, bina istismar müddətini başa vurduğu üçün qısa müddət sonra yenidən problem yaranır.

Binanın qəzalı vəziyyətdə olmasından aidiyyəti qurumlar da xəbərdardırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: