Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 60-a çatdı, vəziyyətləri MƏLUM OLDU
Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı artıb.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə qurumdan əlavə edilib.
XXX
13:27
Tovuzda məktəbdə dəm qazından zəhərlənənlərin sayı məlum olub.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024 tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir ", deyə qurumdan əlavə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре