https://news.day.az/azerinews/1776002.html Naxçıvan–Bakı–Naxçıvan reysi ilə bağlı AÇIQLAMA Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Naxçıvan–Bakı–Naxçıvan reysi ilə bağlı AÇIQLAMA

Azərbaycanca, 25 августа 2025 11:32 (UTC +04:00) 426
Naxçıvan–Bakı–Naxçıvan reysi ilə bağlı

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır:

"Ətraflı məlumat və biletləri muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan və www.biletim.az platformasında əldə edə bilərsiniz".

Bildirilib ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi istiqamətində faliyyətini davam etdirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости