https://news.day.az/azerinews/1778156.html 14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO

Azərbaycanca, 4 сентября 2025 12:04 (UTC +04:00) 439
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.

  • 14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
  • 14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости