https://news.day.az/azerinews/1798747.html Ramiz Mehdiyevin işi üzrə Məmməd İbrahimin də evində axtarış aparılıb Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb. Day.Az xəbər verir ki, axtarış Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib. Qeyd edək ki, DTX bir qədər əvvəl AXCP sədri Əli Kərimlinin də evində axtarış aparıb.

Ramiz Mehdiyevin işi üzrə Məmməd İbrahimin də evində axtarış aparılıb

Azərbaycanca, 29 ноября 2025 16:01 (UTC +04:00) 409
Ramiz Mehdiyevin işi üzrə Məmməd İbrahimin də evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

Day.Az xəbər verir ki, axtarış Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

Qeyd edək ki, DTX bir qədər əvvəl AXCP sədri Əli Kərimlinin də evində axtarış aparıb.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости