https://news.day.az/azerinews/1830015.html
Bu şirkət 1400 nəfəri işdən çıxaracaq
ABŞ-nin idman geyimi nəhəngi Nike qlobal miqyasda təxminən 1400 əməkdaşını işdən çıxarmağı planlaşdırır. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu addımı daxili struktur dəyişiklikləri çərçivəsində atır.
Bu şirkət 1400 nəfəri işdən çıxaracaq
ABŞ-nin idman geyimi nəhəngi Nike qlobal miqyasda təxminən 1400 əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu addımı daxili struktur dəyişiklikləri çərçivəsində atır.
Şirkətin əməliyyatlar üzrə rəhbəri Venkatesh Alagirisamy əməkdaşlara göndərdiyi məktubda bildirib ki, dəyişikliklər şirkətin əsasını gücləndirmək, rəqabət qabiliyyətini artırmaq və uzunmüddətli gəlirli böyümə modelini qurmaq məqsədi daşıyır.
Qeyd olunub ki, ixtisarların böyük hissəsi texnologiya sahəsində çalışan işçilərə təsir edəcək və bu proses şirkətin komanda strukturu, iş yerləri və ümumi işçi sayında dəyişikliklərə səbəb olacaq.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре