https://news.day.az/azerinews/1830595.html Nizami Kino Mərkəzinin direktoru işdən çıxdı Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb. Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Nizami Kino Mərkəzinin direktoru işdən çıxdı

Azərbaycanca, 27 апреля 2026 12:15 (UTC +04:00) 257
Nizami Kino Mərkəzinin direktoru işdən çıxdı

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.

Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Turan Məmmədli Türkiyənin Kocaeli universitetində Siyasət və dövlət idarəçiliyi ixtisası üzrə bakalavr, Marmara universitetində Kino-Televiziya ixtisası üzrə magistr təhsili almışdır. 2024-cü ildən etibarən Azərbaycan Respublikasının Kino Agentliyində aparıcı məsləhətçi vəzifəsində çalışmış, Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri olub.

Hazırda eyni zamanda, Təhlil və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışır.

Rejissor, prodüser Əli-səttar Quliyev hazırda dövlət kino müəssisələrində fəaliyyətini davam etdirir. O, dövlət dəstəyilə çəkilmiş filmlərin satışı və yayımı sahəsindəki məsul şəxslərdən biridir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости