https://news.day.az/azerinews/1831857.html
Danimarkada “dünyanın sonu” simvollu sikkələr tapılıb
Danimarkada üzərində narahatedici simvollar olan qədim sikkələr aşkar edilib. Day.Az xəbər verir ki, tapıntı haqqında Daily Mail məlumat yayıb. Sikkələrin üzərində Alfa və Omeqa işarələri təsvir olunub. Bu simvollar Müqəddəs Kitabda dünyanın sonu və Məsihin İkinci Gəlişi ilə əlaqələndirilir.
Danimarkada “dünyanın sonu” simvollu sikkələr tapılıb
Danimarkada üzərində narahatedici simvollar olan qədim sikkələr aşkar edilib.
Day.Az xəbər verir ki, tapıntı haqqında Daily Mail məlumat yayıb.
Sikkələrin üzərində Alfa və Omeqa işarələri təsvir olunub. Bu simvollar Müqəddəs Kitabda dünyanın sonu və Məsihin İkinci Gəlişi ilə əlaqələndirilir.
Tapıntılar ölkənin cənub bölgələrində aşkarlanıb və araşdırma üçün muzeyə təhvil verilib. Mütəxəssislər hesab edir ki, bu sikkələr ödəniş vasitəsi deyil, talisman kimi istifadə olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре