Türkmənistan Prezidenti ölkəsinin Bakıda keçiriləcək WUF13-ə hazırlığının təmin edilməsi ilə bağlı göstəriş verib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov aidiyyəti vəzifəli şəxslərə Türkmənistanın Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakına hərtərəfli hazırlığın təmin edilməsini tapşırıb.
Day.Az-ın Türkmənistan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu tapşırıq 2026-cı ilin yanvar-aprel ayları üzrə Nazirlər Kabinetinin Türkmənistanın makroiqtisadi göstəricilərinə həsr olunmuş onlayn iclası zamanı verilib.
Xatırladaq ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре