https://news.day.az/azerinews/1831900.html Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs olundu Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Day.Az-ın məlumatına görə, naməlum şəxs bir nəfərin cibindən pul, bank kartları və sənədlər olan pul kisəsini, eləcə də mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb. Zərərçəkənin sərxoş vəziyyətdə olması səbəbindən müqavimət göstərə bilmədiyi bildirilir.

Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs olundu

Azərbaycanca, 2 мая 2026 15:56 (UTC +04:00) 325
Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs olundu

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Day.Az-ın məlumatına görə, naməlum şəxs bir nəfərin cibindən pul, bank kartları və sənədlər olan pul kisəsini, eləcə də mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənin sərxoş vəziyyətdə olması səbəbindən müqavimət göstərə bilmədiyi bildirilir.

 

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости