Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif göstərilən isti qəbul və Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinə görə, Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.
Trend xəbər verir ki, o bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Liderlərin Sammitində bəyan edib.
"Bu gün burada, Bakıda olarkən özümü yad bir ölkədə deyil, sanki öz evimdə hiss edirəm. Mən evə gəlmişəm", - deyə Məryəm Nəvaz Şərif vurğulayıb.
O, Bakıda həyata keçirilən müasir şəhər transformasiyası proseslərinin onda heyranlıq doğurduğunu qeyd edib.
Məryam Nəvaz Şəirf mənzil təminatının mühüm bir dəyər olduğunu xüsusi vurğulayıb.
"Azərbaycanda bu məsələnin əhəmiyyətini yaxşı anlayırlar", - deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре