Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib

Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib.

Day.Az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müvafiq qərarlar qəbul edilib.

Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:

Abdullayev Elşən Uğur oğlu
Əliyeva Aytən Heydər qızı
Hüseynov Elməddin Mirpaşa oğlu
Hüseynov Telman Qulaməli oğlu
İsmayılzadə Fərid Sabir oğlu
Qafarova Rəna Nazim qızı
Nuriyev Elnur Aləm oğlu
Bilal Mahir oğlu Məmmədov vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Əsgərov Anar Əlifağa oğlu və Mustafayev Etibar Mustafa oğlu vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Ağabəyov Nicat Rauf oğlu və Hacızadə Fəxri Hümmət oğlu vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.

Sadıqov Vahid Nəriman oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.