https://news.day.az/azerinews/1837863.html Gənə dişləyən şəxs həyatını İTİRDİ Türkiyənin Sivas vilayətində gənə dişləməsi nəticəsində Kırım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə alan 55 yaşlı Rıza Dəmir həyatını itirib. Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, o, Hafik rayonunun Adamlı kəndində heyvandarlıqla məşğul olurdu. Məlumata görə, 6 gün əvvəl ona gənə yapışıb.

Gənə dişləyən şəxs həyatını İTİRDİ

Azərbaycanca, 28 мая 2026 13:48 (UTC +04:00) 385
Gənə dişləyən şəxs həyatını

Türkiyənin Sivas vilayətində gənə dişləməsi nəticəsində Kırım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə alan 55 yaşlı Rıza Dəmir həyatını itirib.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, o, Hafik rayonunun Adamlı kəndində heyvandarlıqla məşğul olurdu.

Məlumata görə, 6 gün əvvəl ona gənə yapışıb. Vəziyyəti pisləşdikdən sonra əvvəlcə Hafik Dövlət Xəstəxanasına aparılan Dəmir daha sonra Sivas Cumhuriyet Üniversitesi Sağlık Hizmetleri Uygulama ve Araştırma Hastanesi xəstəxanasına göndərilib.

Reanimasiya şöbəsində aparılan müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Rıza Dəmirin cənazəsinin doğulduğu Adamlı kəndində dəfn ediləcəyi bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости