Perunun ən məşhur parklarından biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO - VİDEO
Ölkəmizin Səfirliyinin təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Perunun paytaxtı Lima şəhərinin ən məşhur istirahət məkanlarından biri olan "Circuito Mágico del Agua" parkında 28 May - Müstəqillik Gününə həsr olunmuş xüsusi videoproyeksiya nümayiş etdirilib.
Day.Az xəbər verir ki, musiqili fəvvarələr xüsusi lazer işıqlandırma texnologiyası vasitəsilə Azərbaycan bayrağının rənglərinə bürünüb.
Parkı ziyarət edən şəhər sakinlərinə Azərbaycanın Müstəqillik Gününə dair videoçarxlar nümayiş etdirilib, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Videoçarxda Azərbaycanın zəngin tarixi, mədəni və dini-memarlıq irsi, turizm imkanları, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, eləcə də ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Bakı şəhərinin və Azərbaycanın regionlarının tarixi və müasir memarlıq üslublarının vəhdətini əks etdirən görüntülər təqdim olunub.
Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре